Yayılmış COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimində vaxtınızı səmərəli keçirməyin yollarından biri də müxtəlif serialları izləməkdir. Bu baxımdan hüquqşünaslar üçün maraqlı olacağını hesab etdiyim hüquqşünaslar barədə çəkilmiş ən yaxşı 20 serialı sizə təqdim edirəm. Qeyd edim ki, sıralama təsadüfi xarakter daşıyır.
“USA Network” şəbəkəsində yayımlanmış serial bir gəncin hüquq diplomu olmadan hüquqşünas kimi fəaliyyət göstərməyindən bəhs edir. Serial həm hüquq dünyasının maraqlı məqamlarını, həm də gündəlik həyat hadisələrini özündə əks etdirməklə izləyicidə daima maraq hissi oyadır. Eyni zamanda, düşünürəm ki, serial hüquq tələbləri üçün gözəl motivasiya mənbəyidir. Serial Amerika Birləşmiş Ştatları istehsalıdır və serialın eyni adlı Koreya versiyası da mövcuddur.
2. How to Get Away with Murder (2014- )
Serial bir qrup hüquq tələbəsi və onların hüquq professorlarının bir cinayət hadisəsinə qarışmalarını və hadisələrin bu xətlə formalaşmasını təsvir edir. Amerika Birləşmiş Ştatları istehsalı olan serial “ABC” yayım şəbəkəsində yayımlanmaqdadır. Əyləncəli və bir o qədər də maraqlı süjet xəttinə malikdir.
1990-cı ildə “NBC” kanalında yayımlanmağa başlayan serial müxtəlif cinayət hadisələrinin həm istintaq, həm də məhkəmə hissəsini əks etdirən süjet xəttinə malikdir. Serial barədə maraqlı fakt ondan ibarətdir ki, istehsalçı şirkət serialın sonrakı dövrlərdə yayımlanması üçün müxtəlif yayım şirkətlərinə françayzlar vermişdir. Məhz bu cür françayzlar əsasında müxtəlif vaxtlarda Law and Order: Special Victims Unit (1999- ), Law & Order: Criminal Intent (2001-2011), Law & Order: Trial by Jury (2005-2006), Law & Order: LA (2010-2011) və Law & Order True Crime (2017) adlı digər seriallar izləyicilərə təqdim olunmuşdur. Bundan əlavə, bənzər françayzlar əsasında gələcəkdə də oxşar məzmunlu serialların çəkilməsi nəzərdə tutulub.
4. Law and Order: Special Victims Unit (1999- )
Yuxarıda qeyd etdiyim françayzlardan ən nəhəngi və məşhuru Law and Order: Special Victims Unit-dir. Serialı digər françayzlardan fərqləndirən ən mühüm xüsusiyyət cinsi xarakterli (ingiliscə: sexually related) cinayətlərin araşdırılmasını əhatə etməsidir. Serial barədə bir digər maraqlı fakt isə ondan ibarətdir ki, onun yayımına 1999-cu ildən bu günə qədər fasilə verilməmişdir və hazırda da “NBC” telekanalında yayımlanmaqdadır.
Serial Amerika Birləşmiş Ştatları istehsalıdır və “ABC” kanalında yayımlanmışdır. Serialın əsas mövzusunu Boston hüquq şirkətinin hüquqşünaslarının qarşılaşdıqları müxtəlif işlər və onları həll etmə üsulları təşkil edir. Bəzi mənbələrdə serialın keçmiş L.A. Law (1986-1994) adlı seriala bir növ qarşı çıxmaq məqsədilə çəkildiyi qeyd olunur.
Serial yuxarıda qeyd etdiyim The Practice serialının davamı qismində izləyicilərə təqdim olunub. Amerika Birləşmiş Ştatları istehsalı olan və “ABC” kanalında yayımlanmış serial hüquqşünasların gündəlik işlərini bir qədər dramatik fonda əks etdirir.
Ally McBeal komediya janrında çəkilmiş və hüquq məzmunlu ən möhtəşəm seriallardan biridir. Kifayət qədər əyləncəli süjet xəttinə malik olan serial “Fox” kanalında yayımlanmışdır. Bəzi mənbələrdə Amerika Birləşmiş Ştatları istehsalı olan serialın yenidən çəkilmə ehtimalının mümkünlüyü qeyd olunur.
“CBS” şəbəkəsində yayımlanmış serial keçmiş hüquqşünas bir qadının yoldaşını xilas etmək üçün öz karyerasına geri qayıtmasından və bir hüquq şirkətində işə başlamasından bəhs edir. Serial Amerika Birləşmiş Ştatları istehsalı olsa da, müxtəlif ölkələrdə, o cümlədən, Koreya və Yaponiyada yerli versiyaları izləyicilərə təqdim olunmuşdur.
The Good Wife serialının davamı olaraq yayımlanmış bu serialda böyük maliyyə itkilərinə məruz qalmış bir hüquqşünasın sıfırdan öz karyerasına başlamağı və bu yolda mübarizə aparmağı öz əksini tapmışdır. Serial əvvəlkində olduğu kimi “CBS” şəbəkəsində nümayiş olunmaqdadır.
10. Goliath (2016- )
Goliath işdən çıxarılmış və həyat yoldaşı tərəfindən tərk edilmiş bir vəkilin öz həyatını qaydaya salmaq üçün etdiyi cəhdləri özündə əks etdirir. Serial Amerika Birləşmiş Ştatları istehsalıdır və “Prime Videos” şəbəkəsində yayımlanmaqdadır.
11. Better Call Saul (2015 – )
Serial Breaking Bad serialındakı Saul Goodman adlı vəkilin əvvəlki həyatından bəhs edir. Better Call Saul-da əks etdirilən hadisələr Breaking Bad serialından 6 il əvvəlki dövrü əhatə edir və qeyd olunan vəkilin cinayət aləmində necə məşhurlaşdığını təsvir edir. Serial Amerika Birləşmiş Ştatları istehsalıdır və “AMC” şəbəkəsində yayımlanmaqdadır.
Serial iki qadın hüquqşünas başda olmaqla, hüquqşünasların öz aralarında, eləcə də onlarla müştəriləri aralarında olan münasibətləri təsvir edir. Amerika Birləşmiş Ştatları istehsalı olan serial ilk dəfə “FX” şəbəkəsində izləyicilərə təqdim olunsa da, sonradan “Audience Network” şəbəkəsində yayımlanmağa başlanmışdır.
13. Silk (2011-2014)
Britaniya istehsalı olan və “BBC One” yayım şəbəkəsində nümayiş olunan serialda vəkillərin gündəlik iş həyatlarında üzləşdikləri çətinliklər və dilemmalar təsvir olunur. 2014-cü ildə serialın ABŞ versiyasının çəkiləcəyi elan olunsa da, işin yekun nəticəsi ilə bağlı məlumat mövcud deyildir.
Amerika Birləşmiş Ştatları istehsalı olan və “HBO” tərəfindən səhnələşdirilən mini-serial 2008-ci il Britaniya istehsalı olan Criminal Justice serialının ilk sezonunun mövzusuna əsaslanır. Mini-serial anidən bir cinayətin mərkəzində özünü tapan bir gəncin hekayəsini təsvir edir.
Fairly Legal hüquqşünas barədə çəkilmiş komediya janrında olan seriallardan biridir. Serial Amerika Birləşmiş Ştatları istehsalıdır və “USA Network” şəbəkəsində yayımlanmışdır. Bununla belə serial gözləntiləri kifayət qədər qarşılamadağından qısa bir müddət sonra ləğv olunmuşdur.
Bir neçə yayım şirkətinin ortaq istehsalı olan serial bir gənc hüquqşünasın atasının hüquq şirkətində işə başlaması ilə inkişaf edən hadisələri əks etdirir. “CBS” şəbəkəsində yayımlanmış serial cəmi üç sezon davam edə bilmişdir.
Las Veqas və hüquq? Təbii ki, gülünc səslənir. Hüquq komediyası olan The Defenders iki Las Veqas hüquqşünasının başlarına gələn macəraları əhatə edir. Amerika Birləşmiş Ştatları istehsalı olan və “CBS” şəbəkəsində yayımlanmış serial kifayət qədər uğur qazanmamış və ilk sezondan sonra çəkilişi dayandırılmışdı.
Amerika Birləşmiş Ştatları istehsalı olan və “NBC” kanalında yayımlanmış serial prokuror və müstəntiqlərin ədaləti təmin etmək üçün apardıqları mübarizəni təsvir edir. Bununla belə, serial reytinq baxımından uğurlu olmamış və çəkilişləri dayandırılmışdır.
“NBC” kanalında yayımlanan serialda ABŞ-ın Tenessi ştatının Memfis şəhərində bir hüquq şirkətinin hüquqşünaslarının işləri təsvir edilir. Hər nə qədər dram janrına xas elementlər üstünlük təşkil etsə də, serialın əyləncəli tərəfləri də vardır.
All Rise “CBS” şəbəkəsində yayımlanan bir başqa Amerika Birləşmiş Ştatları istehsalı olan teleserialdır. Serial Los Angeles şəhərindəki hakimlərin, prokurorların, hüquqşünasların, məhkəmə katiblərinin və polislərin şəxsi və professional həyatlarını təsvir edir.
Bonus. Qeyd olunanlardan əlavə özündə hüquq dünyası ilə bağlı müəyyən hadisələri/məqamları əks etdirən bəzi seriallar da mövcuddur. Sherlock (2010- ) (BBC One, Britaniya), Unbelievable (2019) (Netflix, ABŞ), Billions (2016- ) (Showtime, ABŞ), Brooklyn Nine-Nine (2013- ) (Fox və NBC, ABŞ), Criminal Minds (2005-2020) (CBS, ABŞ), Broadchurch (2013-2017) (ITV, Britaniya), Luther (2010- ) (BBC One, Britaniya), Mindhunter (2017- ) (Netflix, ABŞ) və digərləri bu qəbildən olan seriallar sırasındadır.




















Leave a comment